Laçın yolu Azərbaycanın NƏZARƏTİNDƏ – “Qanunsuz yüklərin qarşısı tamamilə alınacaq”

Laçın yolu Azərbaycanın NƏZARƏTİNDƏ – “Qanunsuz yüklərin qarşısı tamamilə alınacaq”

Hazırda oxunan: Laçın yolu Azərbaycanın NƏZARƏTİNDƏ – “Qanunsuz yüklərin qarşısı tamamilə alınacaq”

108194

Xəbər verdiyimiz kimi, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanı general Volkov azərbaycanlı jurnalistlərin suallarını cavablandırarkən Laçın dəhlizində mini gömrük postunun qurulacağının anonsunu verib.

Rusiyalı general qeyd edib ki, müvafiq məsələdə rəsmi Bakı ilə razılıq əldə olnub.

Bəs, Laçın yolunda Azərbaycan tərəfinin də iştirakı ilə postun qurulması Qarabağa qanunsuz daşımaların qarşısını ala biləcəkmi?

Mövzunu Bizim.Media üçün şərh edən hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, Laçın yolunun girişində belə bir məntəqənin yaradılması erməni silahlılarına daşınan yüklərin qarşısını alacaq:

“Eyni zamanda belə bir post Qarabağdan Ermənistana daşınan sərvətlərin dövriyyəsinə nəzarət etməyə və digər qeyri-qanuni fəaliyyətlərin qarşısını almağa nəinki kömək edəcək, bunun qarşısını tamamilə alacaq. Bundan ötrü, həmin gömrük məntəqəsində Azərbaycana məxsus strukturların təmsil olunması kifayət edəcək”.

Ekspert qanunsuz daşımaların qarşısının alınmasının separatçıların mümkün təxribatlarının qarşısını almaqda oynayacağı roldan da bəhs edib:

“Bu, təxribatların önünü dərhal kəsməyəcək. Çünki həmin ərazilərə rusların təkbaşına ağalıq etdiyi dönəmdə kifayət qədər mina, silah-sursat və döyüş texnikası daşınıb. Amma bu təxribatların miqyası və sayı azalacaq. Çünki təxribatların ardı gəlməsə və erməni silahlılarının da yerli istehsal potensialı, imkanı olmadığına görə onlar əllərində olan silah-sursatı daha qənaətlə istifafə etməyə başlayacaqlar. Bəziləri isə bəlkə də əlində olan silahları gizlətməyə çalışacaq.

Hər bir halda Laçın yolu Qarabağ ermənilərinin yeganə nəfəsliyidir. Bu nəfəslik də bağlanandan sonra erməni silahlısı mənəvi olaraq “boğulmağa” başlayacaq.

Bundan əlavə əraziyə Azərbaycanda icazəsiz səfərlərin də qarşısı alınacaq. Digər tərəfdən İran təxribatçıları da hazırda Xankəndidədirlər. Odur ki, Laçın yolunun bağlanması Azərbaycanın maraqlarına tamamilə uyğundur və bu məsələ ləngimədən həyata keçirilməlidir”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO