Rəhman Hacıyev:

Rəhman Hacıyev: "Bu gün həyatımın ən vacib anlarından biridir"

Hazırda oxunan: Rəhman Hacıyev: "Bu gün həyatımın ən vacib anlarından biridir"

10818

“Bu gün həyatımın ən vacib anlarından biridir. Mənimçün Qarabağ Dirçəliş Fondunun rəhbəri vəzifəsinə təyin olunmağım möhtərəm Cənab Prezident İlham Əliyev tərəfindən göstərilən böyük etimad, eyni zamanda, böyük məsuliyyətdir”.

Bizim.Media xəbər verir ki, bunu bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri təyin edilən Rəhman Hacıyev özünün feysbukdakı səhifəsində yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Rəhman Hacıyev Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinə sədr təyin olundu


“Dövlət başçısı dəfələrlə qeyd etdiyi kimi, biz işğaldan azad edilmiş ərazilərimizin bərpasını, vətəndaşlarımızın bu torpaqlara qayıdışını təmin etməli və Qarabağı ölkənin dilbər guşələrindən birinə çevirməliyik".

"Əminəm ki, cənab Prezidentin rəhbərliyi altında həmin məqsədlərə çatmaq üçün Qarabağ Dirçəliş Fondu öz töhfəsini verməyi bacaracaq və işğaldan azad olunan ərazilərin Vətənimizin gələcəyinə tam inteqrasiyasının təmin edilməsində əhəmiyyətli rol oynayacaq".

"Bu etimada görə dövlət başçısına dərin minnətdarlığımı bildirirəm və qarşıya qoyulan vəzifələrin həlli üçün əlimdən gələni edəcəyimə söz verirəm”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Rəhman Hacıyevin Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO