Raquf Orucovun xanımına vəzifə VERİLDİ

Raquf Orucovun xanımına vəzifə VERİLDİ

Hazırda oxunan: Raquf Orucovun xanımına vəzifə VERİLDİ

108172

Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin konfransında quruma yeni üzvlər qəbul olunub. Üzvlər arasında Aprel döyüşləri şəhidi, “Murov qartalı” adı ilə tanınan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə də var.

Bizim.Media xəbər verir ki, şəhid həyat yoldaşı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Bu gün Vəkillər Kollegiyasının növbəti 5 illik konfransı keçirildi. Konfransda yekdilliklə konfrans nümayəndələri tərəfindən Anar Bağırov yenidən sədr vəzifəsinə seçildi. Anar müəllimin təklifi və həmkarların səsverməsi ilə mən də Vəkillər Kollegiyasının Rəyasət Heyətinə üzv seçildim. Məni və fəaliyyətimi daima dəstəkləyən hörmətli sədrimiz Anar müəllimə, həmkar dostlarıma dərin təşəkkürümü bildirirəm. Ümidləri doğrultmağa çalışacam".

Qeyd edək ki, BDU-nun Hüquq fakültəsinin məzunu olan S.Alızadə həm də QHT sektorunda fəaliyyət göstərir.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO