Paşinyan həyat yoldaşına 150 min dollara

Paşinyan həyat yoldaşına 150 min dollara "Lexus LX500" avtomobili aldı

Hazırda oxunan: Paşinyan həyat yoldaşına 150 min dollara "Lexus LX500" avtomobili aldı

108167

Baş nazir Nikol Paşinyan üçün dövlət büdcəsindən beş yeni CİP avtomobili alınıb. Maşınlar gizli qərarla Milli Təhlükəsizlik Xidməti tərəfindən alınıb, Paşinyana və ailəsinə xidmət etmək üçün Dövlət Mühafizə Xidmətinə verilib. Bu barədə isə heç məlumat dərc olunmayıb.

Bizim.Media xəbər verir ki, informasiyanı “Hraparak” qəzeti hökumətdəki mənbələrinə istinadən yayıb. 

“Hər biri təxminən 100.000 ABŞ dolları dəyərində olan dörd “Toyota Land Cruiser 300” avtomobili alınıb. Beşincisi, qiyməti 130-150 min dollar olan dizel mühərrikli lüks "Lexus LX500" avtomobilidir. Yəni büdcədən 500 min dollardan çox vəsait ödənilib.
“Toyota” avtomobilləri Paşinyana müşayiət maşını kimi xidmət edəcək, yəni təhlükəsizlik əməkdaşları üçün nəzərdə tutulub. “Lexus LX500” isə Paşinyanın həyat yoldaşı Anna Akopyana xidmət göstərəcək. 

Qeyd edək ki, Paşinyanın həyat yoldaşına hazırda “Lexus GX460” avtomobili xidmət göstərir. Lakin görünür, onu yeniləmək və büdcə hesabına ən son nəsil “Lexus LX” almaq qərarına gəliblər.

Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti bu məlumatı nə təsdiq, nə də təkzib edib.

Xatırladaq ki, təxminən bir il əvvəl Paşinyan üçün daha iki yeni avtomobil alınmışdı: biri rayona səfərləri zamanı şəxsən idarə etdiyi təxminən 250 min dollar dəyərində “Lexus LX570” avtomobili, digəri isə “Toyota Hiace” müşayiət maşınıdır. Sonuncu mühafizə üçün nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO