Zaqalatada şəhidlərin xatirəsinə inşa edilən abidəni kim dağıdıb? - FOTO

Zaqalatada şəhidlərin xatirəsinə inşa edilən abidəni kim dağıdıb? - FOTO

Hazırda oxunan: Zaqalatada şəhidlərin xatirəsinə inşa edilən abidəni kim dağıdıb? - FOTO

108083

“Təxminən iki ay bundan əvvəl kəndimizə çörək daşıyan maşının sürücüsü avtomobildə idarəetməni itirərək yolun kənarındakı şəhidlər abidəsinə çırpılmış və abidə yararsız vəziyyətə düşmüşdü”.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu fikirlər Qandax kənd bələdiyyəsinin sədri Rəvalə Bayramovaya məxsusdur.

Bələdiyyə sədri bildirib ki, qəzadan sonra hadisəni törədən sürücü yerli icra və bələdiyyə orqanları ilə əlaqə saxlayaraq təmiri tezliklə həyata keçirəcəyini bildirib. Lakin bu müddətdə bir qədər gecikmələr olub.

Bələdiyyə sədrinin sözlərinə görə, sürücü artıq şəhidlərin şəkillərinin hazırlanması üçün sifariş də edib və abidə ətrafında digər işlər davam etdirilir.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO