“Jony”nin vəziyyəti yenidən ağırlaşdı - FOTO

“Jony”nin vəziyyəti yenidən ağırlaşdı - FOTO

Hazırda oxunan: “Jony”nin vəziyyəti yenidən ağırlaşdı - FOTO

107953

“Jony” ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynlinin Nijni Novqoroddakı konserti ikinci dəfə ləğv edilib.  

Bizim.Media xəbər verir ki, sənətçinin musiqi gecəsi əvvəlcə noyabrın 19-na planlaşdırılsa da daha sonra dekabrın 4-nə təyin edilib.  

Lakin ötən gün də pop ulduzun konserti baş tutmayıb. Buna səbəb isə “Jony”nin özünü pis hiss etməsi olub. 

Müğənni sosial şəbəkə hesabında səhhətində ciddi problemlər olduğu ilə bağlı post paylaşıb. O, müalicə aldığını və tezliklə səhnəyə geri qayıdacağını açıqlayıb. 
Qeyd edək ki, sənətçinin noyabrın ortalarında xəstələndiyi məlun olub. O, bir neçə həftə əvvəl sağalıb, yeni albomunu təqdim etsə də, səhhəti “sözünə baxmayıb”. Ötən gündən bəri müğənni yenidən özünü pis hiss edib və çıxışını yarımçıq qoyub. “Jony”nin hansı tarixdə konsert verəcəyi ilə bağlı məlumat açıqlanmayıb. Lakin sənətçinin direktoru pərəstişkarlarını əmin edib ki, konsert mütləq baş tutacaq, sadəcə bir müddət gözləmək lazımdır. 

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO