Rusiyaya qarşı 9-cu sanksiyalar paketi hazırlanır – HANSI SAHƏLƏR OLACAQ?

Rusiyaya qarşı 9-cu sanksiyalar paketi hazırlanır – HANSI SAHƏLƏR OLACAQ?

Hazırda oxunan: Rusiyaya qarşı 9-cu sanksiyalar paketi hazırlanır – HANSI SAHƏLƏR OLACAQ?

107935

Avropa Komissiyası və Avropa İttifaqı ölkələrinin nümayəndələri həftə sonu Rusiyaya qarşı 9-cu sanksiyalar paketini müzakirə edib. Sanksiya siyahısına 180 yeni maddənin əlavə edilməsi təklif olunub.

Bizim.Media xəbər verir ki, bu barədə “Politico” qəzeti avropalı diplomatlara istinadən məlumat yayıb. 

Məlumata görə, texnologiya, maliyyə və media sahəsində məhdudiyyət tədbirlərinin müzakirəsi də davam edir.
Avropa İttifaqı sammitinin və qurumun Xarici Əlaqələr Şurasının gələn həftə keçiriləcək iclasına qədər yeni sanksiyalar paketinə dair razılıq əldə olunacağı gözlənilir.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Rusiyaya qarşı növbəti məhdudiyyətlər paketi üzərində fəal iş getdiyini deyib. Onun sözlərinə görə, Avropa İttifaqı Rusiya iqtisadiyyatını zəiflətmək üçün çox çalışır və bu, Ukrayna qalib gələnədək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO