Xəbər verdiyimiz kimi, rus sülhməramlıları son vaxtlar müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində özlərini bölgənin sahibi kimi aparırlar. Onlar erməni separatçı-terrorçulara himayədarlıq edirlər, bu cinayətkar qruplar üçün müdafiə istehkamları qururlar, hətta onları "humanitar yardım" adı altında silahlandırırlar.
Üstəlik, Ağdərə ətrafında Gülyataq kəndində qızıl yataqlarında hasil edilən xammalın çıxarılaraq “KamAZ” avtomobilləri ilə Laçın dəhlizi vasitəsilə İrəvana daşınmasına göz yumurlar.
Bizim.Media xəbər verir ki, bu mövzular AzTV-nin sonuncu “Həftə” proqramının əsasını təşkil edib.
MÖVZU İLƏ BAĞLI:
Xankəndi ilə Şuşa arasındakı sülhməramlıların keçid məntəqəsindən yeni görüntülər - VİDEO
Müəllif bildirib ki, qanunsuz şəkildə Qarabağda çalışan iki şirkət ekoloji cinayətlə bağlı artıq beynəlxalq məhkəməyə verilib.
Onun sözlərinə görə, bu işin içində birbaşa sülhməramlıların adı hallanır.
Yeri gəlmişkən, rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında Azərbaycanın təbii sərvətlərinin talanmasının və ekoloji terrorun qarşısını almaq üçün rəsmi Bakı hərəkətə keçib.
Belə ki, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), eləcə də, "AzerGold" QSM-in təmsilçiləri rus sülhməramlılardan bölgədə faydalı qazıntıların qanunsuz istismarı ilə bağlı araşdırma və monitorinq aparılması üçün şərait yaradılmasını tələb ediblər.
Rus sülhməramlıların Xocalıda yerləşən qərargahında aparılan danışıqlarda bu barədə ilkin anlaşma əldə olunub.
Və yaxın vaxtlarda bu məsələnin araşdırılması ilə bağlı mütəxəssislərin fəaliyyətinin təmin edilməsi istiqamətində "yol xəritəsi" hazırlanacaq.
Bizim.Media