DÇ-2022: İngiltərə millisi 1/4 finalda Fransaya rəqib oldu

DÇ-2022: İngiltərə millisi 1/4 finalda Fransaya rəqib oldu

Hazırda oxunan: DÇ-2022: İngiltərə millisi 1/4 finalda Fransaya rəqib oldu

107848

Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, Seneqal yığmasını 3:0 hesabı ilə darmadağın edən İngiltərə adını 1/4 finala yazdırıb.

İlk qolu 39-ci dəqiqədə Cordan Henderson vurub. Birinci hissəyə əlavə olunmuş 3-cü dəqiqədə kapitan Harri Keyn fərqi 2 topa çatdırıb. Görüşdə son nöqtəni isə 57-ci dəqiqədə fərqlənən Bukayo Saka qoyub.

İngiltərə millisi bu qələbə ilə növbəti raundda Fransa kollektivinə rəqib olub.

Qeyd edək ki, daha əvvəl Niderland və Argentina yığmaları 1/4 finala yüksəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO