Messidən dünya çempionatlarında yeni REKORD

Messidən dünya çempionatlarında yeni REKORD

Hazırda oxunan: Messidən dünya çempionatlarında yeni REKORD

107758

Argentina millisinin və Fransanın PSJ komandasının futbolçusu Lionel Messi dünya çempionatlarında yeni rekord müəyyənləşdirib.

Bizim.Media xəbər verir ki, 35 yaşlı hücumçu buna Qətərdə keçirilən mundialda Avstraliya yığmasını 2:1 hesabı ilə məğlub etdikləri 1/8 final matçının ən yaxşı oyunçusu seçilməklə nail olub.

Turnirin tarixi ərzində heç bir futbolçu sözügedən mükafata Messi qədər layiq görülməyib. Təcrübəli forvard "yaşıl qitə" təmsilçisi ilə qarşılaşmada ilk qolun müəllifi olub. Hazırkı dünya çempionatında onun aktivində 3 qol və 1 məhsuldar ötürmə var.
Qeyd edək ki, Argentina millisi 1/4 finalda Niderlanda rəqib olub. "Narıncılar" 1/8 finalda ABŞ seçməsini mübarizədən kənarlaşdırıb - 3:1.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO