Argentina mundialın dörddəbir finalında - Niderlandla görüşəcək - FOTO-VİDEO

Argentina mundialın dörddəbir finalında - Niderlandla görüşəcək - FOTO-VİDEO

Hazırda oxunan: Argentina mundialın dörddəbir finalında - Niderlandla görüşəcək - FOTO-VİDEO

107749

Qətərdə keçirilən dünya çempionatının pley-off mərhələsində Avstraliya yığmasına qalib gələn Argentina seçməsi dörddəbir finala yüksəlib.

Bizim.Media xəbər verir ki, “Əhməd ibn Əli” stadionunda oynanılan matçda ilk qolu Argentina millisi vurub. Qarşılaşmanın 35-ci dəqiqəsində Lionel Messi baxımlı qola imza atmaqla hesabı açıb. Fasiləyə Argetina millisi minimal üstünlüklə yollanıb.

Matçın 57-ci dəqiqəsində avstraliyalı qapıçı Metyu Rayanın səhvindən istifadə edən Julian Alvares komandasını hesabda önə keçirib. Görüşün 77-ci dəqiqəsində argentinalı yarımmüdafiəçi Entso Fernandes avtoqolla yadda qalıb. Komandaların cəhdlərinə baxmayaraq matçın sonunadək hesab dəyişməyib.

Beləliklə, görüş Argentina millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Dörddəbir finala yüksələn komanda bu mərhələdə Niderland yığması ilə üz-üzə gələcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO