"Yuventus"un Ronaldoya borcu qaldı - 19,9 milyon avro 

Hazırda oxunan: "Yuventus"un Ronaldoya borcu qaldı - 19,9 milyon avro 

107736

"Yuventus" hələ də sabiq futbolçusu Kriştiano Ronaldoya Turin təmsilçisi çıxış etdiyi müddətdə (2018-2021) haqqı olan maaşın bir hissəsini ödəməyib.

Bizim.Media xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb.

Bildirilib ki, 2018-ci ilin yayında "Yuventus" Ronaldonu "Real"dan alıb və onunla bir mövsüm üçün 31 milyon avro maaşla müqavilə imzalayıb. Pandemiya zamanı Kriştiano maaşı azaldılan oyunçulardan biri olub.
Məlumata görə, "Yuventus"la bağlı aparılan araşdırmada faktiki olaraq heç bir azalma olmadığına və futbolçuların maaşlarını tam şəkildə almağa davam etdiyinə dair sübutlar tapılıb.

Bundan əlavə, "Yuventus"un 37 yaşlı hücumçuya 19,9 milyon avro borcu qalıb.

Qeyd edək ki, noyabrda "Mançester Yunayted"dən ayrılan Ronaldo hazırda azad agentdir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO