Sevgilisi hələ də məzarına gül daşıyır - Qaraheybət şəhidi CƏNAB LEYTENANT

Sevgilisi hələ də məzarına gül daşıyır - Qaraheybət şəhidi CƏNAB LEYTENANT

Hazırda oxunan: Sevgilisi hələ də məzarına gül daşıyır - Qaraheybət şəhidi CƏNAB LEYTENANT

107690

22 yaşında Qaraheybət faciəsi zamanı həyata əlvida deyən baş leytenant Abdulla Telman oğlu Süleymanovla bağlı anası Samirə Zamanova ilə söhbətləşdik.

Ana danışır ki, "Abdullanın uşaqlığı çox çətin məcburi köçkün həyatımıza düşdü. Neçə il heç bir şəraiti olmayan Memarlıq Universitetinin yataqxanasında yaşadıq. Mən onu həm də  atasız böyütmüşəm”.
Samirə Zamanovanın sözlərinə görə, orta məktəbi bitirəndən sonra Abdulla 2016-cı ildə Dövlət Sərhəd Xidmətinin Akademiyasına daxil olur və 2020-cı ildə oranı bitirib Səngəçal aeedrominda işə başlayır.

Elə o vaxt onlara məcburi köçkün kimi Qobu parkda mənzil də verilir:

“Doyunca yaşamaq da nəsib olmadı bu rahat evdə Abdullaya”, - deyə içini çəkir ana.
Baş leytenant şəhid pilotun anası Cəbrayılı heç vaxt görməyən Addullanın Vətən Müharibəsində  DSX-nin  qara qartalları ilə Cəbrayılı, Zəngiĺan, Füzuli və diğər işğaldan azad olunmuş rayonlarımızda düşmənlə üz-üzə xidmət apardığını da söyləyir:


“Həmişə deyirdi ki, mənim şəhid olan dostlarımdan nəyim əskikdir ki?... Axır ki, balam, arxam-dirəyim arzusuna çatdı. Sevdiyi göylər onu şəhidliyə ucaltdı”.

Qeyd edək ki, Vətən Müharibəsindəki xidmətlərinə görə, Abdulla Süleymanov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Hərbi xidmətdə fərqlənməyə görə" medalları ilə təltif edilib.

Samirə xanım oğlunun sevgisinin yarımçıq qaldığını da kövrələrək deyir:

“Bir qız vardı, onu sevirdi, qız da onu. Məzarı önünə gedib tez-tez yad edir balamı, gül qoyur nakam balamın üzərinə. Adını açıqlamıram, qoy gedib xoşbəxt olsun, cavandır”.

Hər səhər oğlunu 6 tamamda işə getmək üçün oyadan ana, indi özü oyansa da Abdulla oyanmır, oyanmaq bilmir. Abdulla və dostları indi hamını ucalardan seyr edən şəhidlik zirvəsindədirlər. Əbədi, qürurlu, şərəf dolu şəhidlik zirvəsi!

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO