Qurban Qurbanov dünyanın ən yaxşı baş məşqçilərinin SİYAHISINDA 

Qurban Qurbanov dünyanın ən yaxşı baş məşqçilərinin SİYAHISINDA 

Hazırda oxunan: Qurban Qurbanov dünyanın ən yaxşı baş məşqçilərinin SİYAHISINDA 

107646

Dünyanın ən yaxşı baş məşqçilərinin dekabr üçün ilk reytinq cədvəli açıqlanıb. 

Bizim.Media xəbər verir ki, cədvəldə fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb.

Azərbaycan klubları siyahıda iki mütəxəssislə təmsil olunub. “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf və “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov siyahısının ilk yarısında qərarlaşıb. 

Siyahıda yeganə azərbaycanlı olan Qurbanov bir pillə irəliləyib. 50 yaşlı mütəxəssis 1595 xalla 209-cudur.

“Neftçi”nin rumıniyalı çalışdırıcısının mövqeyi dəyişməyib. Regekampf 1627 xalla 177-ci yerdə qərarlaşıb. 

Qeyd edək ki, siyahıya Pep Qvardiola (2194) başçılıq edir. Yurgen Klopp (2112) ikinci pilləyə qayıdıb. Joze Mourinyo üçüncüdür – 2063 xal.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO