ABŞ yeni strateji bombardmançını TƏQDİM ETDİ - VİDEO

ABŞ yeni strateji bombardmançını TƏQDİM ETDİ - VİDEO

Hazırda oxunan: ABŞ yeni strateji bombardmançını TƏQDİM ETDİ - VİDEO

107638

ABŞ nüvə silahı daşıya bilən yeni nəsil B-21 Raider strateji bombardmançı təyyarəsini təqdim edib. 

Bizim.Media xəbər verir ki, mərasim Northrop Grummanın Kaliforniya ştatının Palmdale şəhərindəki zavodunda baş tutub. 

Yeni təyyarə "stels" kamuflyaj texnologiyası ilə təchiz edilib. Bildirilib ki, bu, dünyada ilk altıncı nəsil bombardmançıdır. O, həm adi, həm də nüvə silahlarında sursat daşıya bilir. Təyyarə həmçinin bulud texnologiyaları ilə işləyir ki, bu da döyüş tapşırıqlarının yerinə yetirilməsinə nəzarət etmək üçün onun “rəqəmsal əkizini” yaratmağa imkan verir.
Təqdim olunan təyyarə İkinci Dünya Müharibəsi zamanı Pearl Harbora hücuma cavab olaraq ABŞ Hərbi Hava Qüvvələrinin Yaponiyada bombardman əməliyyatına komandanlıq etmiş polkovnik-leytenant Ceyms Dulitl (1896-1993) adını daşıyır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO