Rus dilində danışan deputatlara etiraz – Mer sinxron tərcüməçilik etdi - VİDEO

Rus dilində danışan deputatlara etiraz – Mer sinxron tərcüməçilik etdi - VİDEO

Hazırda oxunan: Rus dilində danışan deputatlara etiraz – Mer sinxron tərcüməçilik etdi - VİDEO

10749

Ukraynanın Nikolayev şəhər şurasının sessiyasında maraqlı və gülməli məqamlar yaşanıb.

Bizim.Media “news.liga.net”ə istinadən xəbər verir ki, Ukraynanın Nikolayev şəhər şurasının iclasında iki deputat ukrayna dilində danışmaqdan imtina edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynada başqa dildə danışmaq olmaz – Ali Radadan qərar


Daha doğrusu, deputatlar Vladislav Çayka və Aleksandr Medvedev tədbirdə rus dilində danışıblar. Bu da bəzi millətçilər tərəfindən etirazla qarşılanıb. 

Deputatların rus dilində nitqinə cavab olaraq şəhərin meri Aleksandr Sankeviç xatırlatma edib ki, onlar dövlət dilində çıxış etməlidirlər.

Xatırladaq ki, Ukrayna Ali Radası başqa dildə danışmağı qadağan edən qanunlar qəbul edib. Ekspertlər bu qərarı Ukrauynada “milliləşmə”nin yeni mərhələsi adlandırır. 

Nikolayevda keçirilən iclasda çox adamın gülüşünə səbəb olan digər amil şəhər merinin deputatların rus dilində çıxışını ukrayna dilinə sinxron tərcümə etməsidir.

Hətta deputatlardan biri bəzən ukraynaca danışıb, merdən soruşur ki, “bunu da rus dilinə tərcümə edəsisiniz?”

Həmin görüntüləri təqdim edirik:

Bizim.Media 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO