Bizim.Media 14 noyabr 2022-ci il tarixdə “Milli Məclis niyə bütün qanun layihələrini ictimai müzakirəyə çıxartmır? – AÇIQLAMA” başlıqlı material dərc etmişdi. Materialda Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzə istinadən xəbər verilmişdi ki, Milli Məclisin plenar iclasına çıxarılan bütün qanun layihələrinin heç də hamısı ictimai müzakirəyə təqdim olunmur, Milli Məclisin rəsmi portalında gündəlik tam yerləşdirilmir.
Həmçinin bu məsələ ilə bağlı Milli Məclis Aparatına sorğu göndərmişdik. Sorğumuza cavab almışıq.
Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyidin imzaladığı cavab məktubunda deyilir ki, “İctimai iştirakçılar haqqında” AR Qanunun 18.3-cü maddəsinə əsasən qanun layihələrinə dair icmal dinləmələrin keçirilməsi qaydası AR Milli Məclisin Daxili Nizamnaməsi ilə müəyyən edilir:
“AR Milli Məclisinin Daxili Nizamnaməsinin 15-ci maddəsinə əsasən Milli Məclisin müvafiq aparıcı komitəsinin tapşırığı ilə Milli Məclisin Aparatı qanun layihələrinin ictimai dinləmələrini və ictimai müzakirələrini təşkil edir.
İctimai dinləmənin və ictimai müzakirənin təşkili üçün Milli Məclisin Aparatı tədbirlər görür.
Qeyd olunanlara əsasən bildiririk ki, qanun layihələrinin ictimai dinləmələri və ictimai müzakirələri Milli Məclisin müvafiq aparıcı komitəsinin tapşırığı olduqda təşkil edilir”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:40 / 02.12.2022
Qanun layihələri niyə ictimai müzakirəyə çıxarılmır? - Milli Məclisdən AÇIQLAMA
Hazırda oxunan: Qanun layihələri niyə ictimai müzakirəyə çıxarılmır? - Milli Məclisdən AÇIQLAMA
Hazırda oxunan: Qanun layihələri niyə ictimai müzakirəyə çıxarılmır? - Milli Məclisdən AÇIQLAMA
107466
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.