Şamaxıda müəllimin şagirdi döyməsi iddia olunur. Hadisədən xəbər tutan valideynlə müəllim arasında dava düşüb.
Hadisə Şamaxı şəhəri 3 saylı tam orta məktəbində qeydə alınıb. İddiaya görə, 7-ci sinif şagirdi Rəvan İsayev tarix müəllimi Təranə Əsgərova tərəfindən döyülüb.
əktəblinin sözlərinə görə, hadisə dərs saatında baş verib. Sinif yoldaşı ilə birlikdə sinif otağındakı şkafa girən Rəvan bu səbəbdən tarix müəllimi tərəfindən döyüldüyünü bildirib.
Valideynin sözlərinə görə Rəvan İsayev 5 yaşında başından əməliyyat olunub. Müəllim məktəblini sinif yoldaşlarının yanında təhqir edib. Təranə Əsgərova isə deyilənlərin yalan olduğunu və şagirdinə qarşı şiddət göstərmədiyini bildirib.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Bizim.Media-ya bildirib ki, Şamaxı şəhərində yerləşən tam orta məktəbdə şagirdin müəllim tərəfindən döyülməsi iddiası ilə bağlı rayon polis şöbəsində araşdırmalara başlanılıb:
“Xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və aparılan araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:20 / 02.12.2022
Şamaxıda müəllimi tərəfindən döyülən şagirdlə bağlı ekspertiza TƏYİN OLUNDU – RƏSMİ
Hazırda oxunan: Şamaxıda müəllimi tərəfindən döyülən şagirdlə bağlı ekspertiza TƏYİN OLUNDU – RƏSMİ
Hazırda oxunan: Şamaxıda müəllimi tərəfindən döyülən şagirdlə bağlı ekspertiza TƏYİN OLUNDU – RƏSMİ
107461
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.