“Şuşa İli” çərçivəsində heykəltaraşlıq müsabiqəsinin qalibləri SEÇİLDİ 

“Şuşa İli” çərçivəsində heykəltaraşlıq müsabiqəsinin qalibləri SEÇİLDİ 

Hazırda oxunan: “Şuşa İli” çərçivəsində heykəltaraşlıq müsabiqəsinin qalibləri SEÇİLDİ 

107448

“Şuşa İli” çərçivəsində heykəltaraşlıq müsabiqəsinin qalibləri müəyyən olunub. 

Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, heykəltaraşlıq müsabiqəsinə Azərbaycan rəssamları tərəfindən 47 əsər təqdim olunub. Təsdiq olunmuş işlərin dəyərləndirilməsi və müsabiqənin yekun nəticələrinin müəyyən olunması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində yaradılmış komissiya tərəfindən qaliblər seçilib. 

Qaliblərin siyahısı təqdim olunur: 

1-ci yer (2 nəfər) 

Əhmədov Xanlar – “Xan Şuşinski” 

Zakir Əhmədov – “Zəfər Yolu” 

2-ci yer (2 nəfər) 

Rzayev Zamik - “Qayıdış” 

Nəbiyeva Gülarə - “Azadlıq qanadları” 

3-cü yer (1nəfər) 

Məmmədov Fərid – “Bizim zaman” 

Həvəsləndirici mükafat (10 nəfər) 

Qaryağdı Cəlil – “Natəvan” 
 
Hüseynov Namiq – “Yaddaş” 

Heydərov Müşfiq – “Xarı Bülbül” 

Heydərov Müşfiq – “Xanəndə” 

Hüseynov Ramiz 

Əhmədov Xanlar “Pənahəli Xan” 

Qaryağdı Cəlil – “Cabbar Qaryağdı oğlu” 

Rüstəmov Süleyman “Quruluş” Pənaxəli 

Bəhram Xəlilov - “Qarabağ-Azərbaycandır!” 

Samir Səmədov - “Xəzinə yüklü Qarabağ gözəli” 

Aybəniz Yusubova - “Natəvan” 

Qeyd edək ki, ölkə Prezidentinin 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq keçirilən heykəltaraşlıq müsabiqəsinin əsas məqsədi Azərbaycan incəsənətinin tarixi mərkəzi, Qarabağın baş tacı, Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhərinin zəngin mədəni irsinin təbliği, həmçinin bu irsi özündə təcəssüm etdirən heykəltaraşlıq abidələrinin ərsəyə gətirilməsi və qorunmasına dəstək olmaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO