Aşıq Namiq telekanala bir milyon manat ödədiyini AÇIQLADI - VİDEO 

Aşıq Namiq telekanala bir milyon manat ödədiyini AÇIQLADI - VİDEO 

Hazırda oxunan: Aşıq Namiq telekanala bir milyon manat ödədiyini AÇIQLADI - VİDEO 

107388

"Aşıq toya gedər də... Axı mənim başqa yerdən gəlirim yoxdur. Əvvəllər toylardan, tələbələrdən hər ay 8-10 min manat pul qazanırdım. İndi isə gəlirim olub aya 2000-3000 manat. 10 min manat qazananda o pullar "haynan gəlib, vaynan gedirdi". Yəni, bərəkəti olmurdu. Amma indi şükürlər olsun ki, 2000-3000 manatı ailəmə, atam, anam və vacib işlərim üçün xərcləyirəm. Bunun üçün də həmin pulun bərəkəti var".

Bizim.Media xəbər verir ki, bu sözləri aşıq Namiq Fərhadoğlu qonaq olduğu "7 canlı" axşam şousunda deyib.  

Əvvəllər qazandığını pulları "sağa-sola" xərclədiyini etiraf edən sənətçi bildirib ki, bu mövzuda indi daha "yığımcıl" olub:

"İllər əvvəl 54 min manat pulumu mənimsədilər. Ziyana düşdüyüm hadisələr heç də az olmayıb. Sonra anladım ki, yol haqqın yoludur. Az qazan, təmiz qazan.15 yaşımdan Bakıdayam. Yaxşı pullar qazanmışam. O pullardan cəmi bir evim, bir avtomobilim, bir də üç hektar torpağın içində bir otaqlı evim var. Başqa heç nəyim yoxdur. Amma qazandığım pullara ağlım olsaydı, 10 dənə ev almaq olardı. Pullarımı dəxlisiz yerlərə çox xərclədim".  

N. Fərhadoğlu illər əvvəl aşıqlar üçün keçirdiyi yarış formatında layihəsinin yayımlanması üçün televiziya kanallarının birinə öz şəxsi büdcəsindən bir milyondan çox pul xərclədiyini açıqlayıb:

"Səkkiz il telekanalların birində verilişlərim və layihələrim oldu. Bir milyon manat həmin televiziyaya pul ödədim. Çünki sponsorum yox idi. Pul kisəmin ağzını açsanız görərsiniz ki, içində 100-200 manatdan artıq pul olmur". 

Verilişin gedişatında proqramın aparıcısı Vüsalə Əlizadə aşıq Namiq Fərhadoğlunun pul kisəsinin açaraq, içərisində 100 dollar və 78 manat pul olduğunu canlı efirdə nümayiş etdirib.  

Qeyd edək ki, aşıq Namiq Fərhadoğlu bir müddət əvvəl Səudiyyə Ərəbistanının Məkkə şəhərində müqəddəs yerləri və ocaqları ziyarət edib.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO