Şəhriyar Məmmədyarov rapid turnirini 6-cı pillədə başa vurub

Şəhriyar Məmmədyarov rapid turnirini 6-cı pillədə başa vurub

Hazırda oxunan: Şəhriyar Məmmədyarov rapid turnirini 6-cı pillədə başa vurub

107346

Bildiyiniz kimi, Hindistanın Kəlküttə şəhərində keçirilən “Tata Steel İndia” rapid turnirində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da iştirak edib.

Bizim.Media xəbər verir ki, şahmatçımız turniri 6-cı pillədə başa vurub. 

37 yaşlı qrossmeyster yarışın sonuncu günündə daha 3 görüş keçirib.

VII turda hindistanlı Nihal Sarinə uduzan şahmatçı VIII və IX turlarda isə müvafiq olaraq özbəkistanlı Nodirbek Abdusattorov və hindistanlı Santoş Viditlə heç-heçə edib. 

Məmmədyarov yekunda 4,5 xalla 6-cı pilləni tutub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO