QƏTƏR-2022: Bu gün son 1/8 finalçılar müəyyənləşir - VİDEO

QƏTƏR-2022: Bu gün son 1/8 finalçılar müəyyənləşir - VİDEO

Hazırda oxunan: QƏTƏR-2022: Bu gün son 1/8 finalçılar müəyyənləşir - VİDEO

107317

Futbol üzrə dünya çempiomnatında bu gün qrup mərhələsinə yekun vurulur.

Son olaraq H və G qruplarından 1/8 finala vəsiqə qazanan komandalar məlum olacaq. H qrupunda Portuqaliya artıq play-off-a çıxıb. Sonuncu turda onlar Cənubi Koreya futbolçuları ilə üz-üzə gələcək.

Qrupun digər görüşü Qana-Uruqvay matçının daha gərgin keçəcəyi gözlənilir. Qeyd edək ki, hər iki oyun Bakı vaxtı ilə saat 19-da başlayacaq.

G qrupunun aşkar favoriti olan Braziliya millisi də 1/8 final mərhələsinə vəsiqəni təmin edib. Sonuncu turda Kamerunla görüşdə yəqin ki, onlar ciddi çətinlik çəkməyəcəklər.

Play-off-a vəsiqə verəcək 2-ci pillə üçün əsas mübarizə isə Serbiya-İsveçrə arasında gedəcək. Həm bu, həm də Braziliya-Kamerun oyunları saat 23-də start götürəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO