Sabirabad rayonu Kovlar kənd tam orta məktəbində istilik bərpa olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin (ETN) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
O qeyd edib ki, Sabirabad rayonu Kolar kənd tam orta məktəbinin istilik sistemi dizel qazanxana ilə işləyir:
“Məktəbə dizel yanacağı verildikdən sonra qazanxana işə salınıb və bundan sonra bəzi problemlər ortaya çıxıb. Hazırda ustalar təmir işləri aparır. İndi aldığımız məlumata görə, məktəbdə istilik bərpa olunub. Şagirdlərə isə fəal vətəndaş mövqeyinə görə minnətdarlığımızı bildiririk”.
Qeyd edək ki, Sabirabadın Kovlar kənd orta məktəbinin istilik problemi var. Məktəbin şagirdləri sosial şəbəkədə sinif otaqlarının soyuq olması barədə paylaşım ediblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:37 / 01.12.2022
Sabirabadın kənd məktəbində istilik bərpa edilib – RƏSMİ
Hazırda oxunan: Sabirabadın kənd məktəbində istilik bərpa edilib – RƏSMİ
Hazırda oxunan: Sabirabadın kənd məktəbində istilik bərpa edilib – RƏSMİ
107302
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.