Bakıda ət regionlardan niyə bahadır?

Bakıda ət regionlardan niyə bahadır?

Hazırda oxunan: Bakıda ət regionlardan niyə bahadır?

107295

Ətin regionlarda ucuz olması, ancaq Bakıda və digər ərazilərdə daha baha olması məsələsinə aydınlıq gətirilib.

Bizim.Media xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Elmir Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və aqrar siyasət komitələrinin bu gün keçirilən birgə iclasında deputatların sualını cavablandırarkən bildirib ki, burada iqtisadi amillər var.

O qeyd edib ki, ətin qiymətini sahibkarlar tənzimləməkdə azaddır.

“Ətin qiymətləri Tarif Şurası tərəfindn tənzimlənmir. Ətin qiymətinin fərqli olmasında iqtisadi amillər var. Yəni ətin mənbədən ticarət şəbəkələrinə daşınması və digər xərclər var.
Lakin biz “Daxili ticarət haqqında” qanun layihəsi hazırlayırıq və bu layihə təchizatçılar ilə ticarət şəbəkələri arasında münasibətləri tənzimləyəcək. Bu da öz növbəsində qiymətlərə müsbət təsir edə bilər”, - deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO