Parlament təşəbbüsü olan mətn Fransa hökumətinin rəsmi mövqeyini əks etdirmir və bu, hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq müstəqil şəkildə qəbul edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Fransa Senatında və Milli Assambleyasında qəbul edilmiş qərəzli qətnamə layihələri ilə bağlı suala Fransanın Xarici İşlər Nazirliyinin cavabında bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qətnaməsi iftira ilə doludur – XİN
Qeyd olunub ki, Fransa hökumətinin mövqeyi məlumdur və nazir tərəfindən dəfələrlə, xüsusilə də noyabrın 29-da ifadə edilib:
"Yəni, Fransa sülhün bərpası üçün tərəfləri danışıqlarda irəliləməyə təşviq etməkdə davam edir.
Məhz bu ruhda Fransa Prezidenti Azərbaycan Prezidenti və Ermənistanın baş nazirini Praqada bir araya gətirdi. Bu görüş Avropa İttifaqının müşahidə missiyasının Ermənistan ərazisində yerləşdirilməsi ilə nəticələndi”, - deyə açıqlamada vurğulanıb.
Xatırladaq ki, Milli Assambleyanın 577 üzvündən 256-sı bu qətnamənin səsverməsində iştirak edib. Qətnamə müzakirələri zamanı zal demək olar ki, boş olub. Qətnaməyə səsvermə zamanı sənədlə bağlı müzakirələri dinləməyən deputatlar zalda peyda olaraq, “ermənipərəstlik” jesti ediblər.
Bizim.Media