Rəqqasə Aytən: “Mənim 300-400 manata ehtiyacım yoxdur” - VİDEO

Rəqqasə Aytən: “Mənim 300-400 manata ehtiyacım yoxdur” - VİDEO

Hazırda oxunan: Rəqqasə Aytən: “Mənim 300-400 manata ehtiyacım yoxdur” - VİDEO

107257

“Heç kim mənə qadağa qoya bilməz. Bir kişi ilə xoşbəxt olacağamsa, olmasa ondan yaxşıdır. Ailəm olub. Bir gözəl qızım var. Bir dəfə ailə həyatı qurmuşam. Hə, nə olsun? Yenə olmalıdır ki...? Olmasa da olar”.

Bizim.Media xəbər verir ki, bu sözləri uzun zamandır efirlərdən uzaqlaşan ərəb rəqslərinin mahir ifaçısı Aytən Əliyeva qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib. 

Şou-biznesdən ilim-ilim itən rəqqasə Türkiyədə yaşadığını və özünün şəxsi ayaqqabı biznesinin olduğunu açıqlayıb. 

“Ayağıma geyindiyim ayaqqabı özümə məxsusdur. İki ildir ki, ayaqqabı biznesimlə bağlı Türkiyəyə gedib, gəlirəm. Türk həmkarım Asenanın da məclislərinə çıxıram. Asena ailə qurduğu üçün onun yerinə məkanlarda çıxış edirəm.
Bakıda isə nə toylarda, nə də ki xına məclislərində çıxış edirəm. Çünki küsmüşəm. Simamı belə çox göstərmək istəmirəm. Çıxmama səbəbim də budur. Heç kim mənə harasa getməyimə və çıxış etməyimə qadağa qoya bilməz. Dəyər, qiymət yoxdur.

Maliyyə cəhətdən isə rəqqasələrə az pul verilir. Bu dəqiqə mənim 300-400 manata ehtiyacım yoxdur. Ayaqqabıdan elə o pulu qazanıram.

Bu dəqiqə heç bir rəqqasəyə ekstra pul vermirlər. Elə şeylər keçmişdə qaldı. Amma özüm şəxsən qarşımda oynayan rəqqasəyə 100-200 manat verirəm. Rəqqasələrin cibinə pulu özüm “basıram”. Mənim ele şeyə ehtiyacım yoxdur. Əynimdə olan rəqqasə libaslarımın qiyməti 3-4 min manatdır”, - deyə Aytən qeyd edib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO