Bu xəstələr QİÇS-ə daha çox yoluxur

Bu xəstələr QİÇS-ə daha çox yoluxur

Hazırda oxunan: Bu xəstələr QİÇS-ə daha çox yoluxur

107248

QİÇS xəstəliyinə narkotik istifadəçilərinin daha çox yoluxduğu müşahidə edilir.

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov 1 Dekabr-Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, bu xəstəlik özünü daha çox 25-49 yaş qrupunda göstərir:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın hansı bölgələrində QİÇS xəstəliyi daha çox yayılıb?


"Bu dövr həm də reproduktiv bir dövrdür. Qeyd edim ki, narkotik istifadəçiləri və risk qrupları arasında respublika QİÇS-lə mübarizə mərkəzi zəruri əks-epidemik tədbirlər aparır. Eyni zamanda vərəmin azaldılması layihəsi də fəaliyyət göstərir. Həmçinin, ötən 10 ildə ineksion narkotik istifadəçiləri arasında bu xəstəliyin ötürülməsi 2 dəfə azalıb", - F.Məmmədov bildirib.

Direktor qeyd edib ki, son 10 ayda İİV-ə yoluxan 695 nəfər aşkar edilib. Onların 680 nəfəri Azərbaycan vətəndaşı olub. Bunun da 68 %-i kişi, 32 %-i isə qadındır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO