QİÇS xəstəliyinin daha çox yayıldığı bölgələr açıqlanıb.
Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov 1 Dekabr-Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr edilmiş tədbirdə deyib.
O bildirib ki, ölkə ərazisində bu xəstəliyin daha çox Şirvan, Hacıqabul, Sumqayıt, Astara, Lənkəran, Masallı, Yevlax rayonlarında yayıldığı müşahidə olunur:
“Bakıda isə hər 10 min nəfərdən 7,9 faizi bu xəstəliyə yoluxur. Bu isə kifayət qədər yüksək göstəricidir. Yoluxma mənbəyi ərazi olaraq qiymətləndirilir. Bölgələrdə xəstəliyin aşkar edilməsi üçün labaratoriyalarımız mövcuddur. Xəstəliyə yoluxma ehtimalı olan insanlar müəyyən olunur və müalicəsi aparılır".
Bizim.Media
- A-
- A
- A+
COP29
11:19 / 01.12.2022
Azərbaycanın bu bölgələrində QİÇS daha çox yayılıb
Hazırda oxunan: Azərbaycanın bu bölgələrində QİÇS daha çox yayılıb
Hazırda oxunan: Azərbaycanın bu bölgələrində QİÇS daha çox yayılıb
107245
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.