“Biznesə daxilolma” işçi qrupunun növbəti iclası keçirilib

“Biznesə daxilolma” işçi qrupunun növbəti iclası keçirilib

Hazırda oxunan: “Biznesə daxilolma” işçi qrupunun növbəti iclası keçirilib

107198

Bu gün Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” işçi qrupunun növbəti iclası keçirilib. 

Bizim.Media bu barədə quruma istinadən xəbər verir. 

Məlumata görə, tədbirdə Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Vəkillər Kollegiyası, həmçinin işçi qrupa daxil olan bir sıra aparıcı konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər. 

İclasda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti müzakirə olunub.

Dövlət Vergi Xidmətinin rəis müavini, işçi qrupun rəhbəri Samirə Musayeva iclas iştirakçılarına Yol Xəritəsi üzrə həyata keçirilən işlər barədə məlumat verib. 

İclasda kommersiya qurumlarının dövlət qeydiyyatı zamanı eyniləşdirmə tədbirlərinin təkmilləşdirilməsi, qeydiyyat prosesi zamanı BMT-nin qərarlarına uyğun sanksiya tətbiq edilmiş şəxslər haqqında məlumata giriş imkanının yaradılması, təsisçi və rəhbərin bu siyahı üzrə yoxlanılması sahəsində beynəlxalq təcrübənin araşdırılması, beynəlxalq sənədlərdə nəzərdə tutulan tövsiyələrin milli qanunvericiliklə və inzibatçılıqla müqayisə edilməsi, bu sahədə ölkədə mövcud olmayan təcrübənin tətbiqinə dair təkliflərin hazırlanması məsələlərinə baxılıb.  

İclas iştirakçıları Yol Xəritəsinin aidiyyəti bəndlərində nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə hazırlanmış qanun layihələri və ölkə prezidentinin fərman layihələri barədə geniş müzakirə aparıblar. 
Dünya Bankı Qrupunun “Әlverişli biznes mühiti” layihәsinin “Biznesə daxilolma” indikatoru üzrə 2022-2023-cü illər üzrə Yol Xəritəsini Nazirlər Kabineti təsdiq edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO