“Putin Ukrayna ilə müharibədə nüvə silahından istifadə etməyəcək” – Zelenskidən PROQNOZ 

“Putin Ukrayna ilə müharibədə nüvə silahından istifadə etməyəcək” – Zelenskidən PROQNOZ 

Hazırda oxunan: “Putin Ukrayna ilə müharibədə nüvə silahından istifadə etməyəcək” – Zelenskidən PROQNOZ 

107181

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Putin Ukraynadakı müharibədə nüvə silahından istifadə etməyəcək. 

Bizim.Media xəbər verir ki, Zelenski bu barədə “The New York Times”ın ev sahibliyi etdiyi tədbirdə video çıxışı zamanı bildirib. 

“Mən onun (Rusiya Prezidenti Vladimir Putini nəzərdə tutur – red.) nüvə silahından istifadə edəcəyini düşünmürəm”, – deyə Zelenski qeyd edib. 
Zelenski, həmçinin, qeyd edib ki, hazırda Ukraynanın şərq, şimal-şərq və cənubunda intensiv döyüşlər gedir.  

O bildirib ki, Rusiya Ukraynanın Zaporojye vilayətində döyüşlərin getdiyi və Atom Elektrik Stansiyasının yerləşdiyi cənub ərazilərində “nə isə planlaşdırır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO