Ermənilərdən həyəcan siqnalı: Qərbi Zəngəzurda mis-molibden zavodu ətraf kəndləri zəhərləyir

Ermənilərdən həyəcan siqnalı: Qərbi Zəngəzurda mis-molibden zavodu ətraf kəndləri zəhərləyir

Hazırda oxunan: Ermənilərdən həyəcan siqnalı: Qərbi Zəngəzurda mis-molibden zavodu ətraf kəndləri zəhərləyir

107112

Qərbi Zəngəzur (ermənilər Sünik adlandırır) mis-molibden zavodunun tullantıları bitişik əraziləri çirkləndirərək Oxçuçay çayına (ermənilər Voqci adlandırır) axır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Joxovurd” qəzetində yer alıb.

Mənbə yazır ki, son vaxtlar “Artsvanik” kombinatına məxsus tullantı suları və tullantılar nəinki Açanan çayına, oradan isə Oxçuçay çayına tökülür, həm də qonşu yaşayış məntəqələrinə çatır, ətraf mühiti çirkləndirir və kənd təsərrüfatı müəssisələrinə ziyan vurur.

Ermənistanın Təbiəti Mühafizə və Mineral Ehtiyatlara Nəzarət Qurumu problemlə bağlı nəşrin sualına günün sonuna kimi cavab verəcəklərinə söz verib.

“Ətraf mühit naziri Akop Simidyan və onun komandasına mis-molibden zavodu bir vaxtlar maraqlı olub. Çünki öz dostlarını bura işə düzəldib. İndi isə ekoloji problemlər onları narahat etmir. Biz mis-molibden zavodunun dağıdıcı fəaliyyəti ilə bağlı bir çox yerlərə müraciət edəcəyik”, - qəzet qeyd edib.

“Qafanın hüquqi sahibləri” adlı qeyri-hökumət təşkilatı öz Facebook səhifəsində “Kacaranda Oxçuçay çayı: üç gündür bu vəziyyətdədir” qeydi ilə video yayımlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO