XİN: “Erməni qüvvələri Azərbaycan ərazisindən çıxarılmayıb”

XİN: “Erməni qüvvələri Azərbaycan ərazisindən çıxarılmayıb”

Hazırda oxunan: XİN: “Erməni qüvvələri Azərbaycan ərazisindən çıxarılmayıb”

106980

Ermənistan xarici işlər naziri erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması məsələsində də növbəti dəfə manipulyasiyalara yol verir. 

Bizim.Media xəbər verir ki, bu barədə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın 28 noyabr 2022-ci il tarixində “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı səsləndirdiyi iddialarla bağlı şərhində bildirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

“İrəvan Azərbaycan-Ermənistan rəhbərlərinin görüşünü təşkil etməyə hazırdır” - Mirzoyan


"Bu məsələdə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və digər rəsmi şəxslərlə mövqelərinin uyğunlaşdırılmasını xarici işlər nazirinə tövsiyə edərdik. Armen Qriqoryan tərəfindən bildirildiyi kimi, erməni qüvvələrinin Azərbaycan ərazisindən cari ilin sentyabr ayında çıxarılması nəzərdə tutulsa da bu hələ baş verməyib. 

Azərbaycan ərazisindən hansı qüvvələrin çıxarılması barədə öhdəliyə gəldikdə isə bir daha xatırladırıq ki, 10 noyabr 2020-ci il bəyanatının 4-cü bəndinə əsasən, məhz bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması nəzərdə tutulur və bu məsələdə manipulyasiyalar yolverilməzdir. 

Üçtərəfli bəyanatın müddəalarını yanlış şərh edərək, öz öhdəliklərindən boyun qaçırmaq istəyən Ermənistan xarici işlər nazirinə xatırladırıq ki, bu destruktiv fəaliyyət bölgədə sülhün bərpasına xidmət etməməklə yanaşı, ilk növbədə Ermənistanın əleyhinədir”, - deyə şərhdə qeyd edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO