Bu gün İrəvanda İngilis parkında Ermənistanın “Avropa” partiyasının lideri Tiqran Xzmalyanın başçılığı ilə on nəfərə yaxın vətəndaş parkda ucaldılmış rus şairi Aleksandr Puşkinin abidəsinin sökülməsini tələb ediblər.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bir neçə gün əvvəl jurnalistlərlə söhbətində Xzmalyan Ermənistandakı bütün rus abidələrinin sökülməli olduğunu bildirib.
“Xristian Demokrat” partiyasının üzvü Gevorq Yengibaryan mitinq zamanı bəyan edib ki, “Tazit” poemasında erməni xalqını təhqir edən Aleksandr Puşkinin İrəvanın mərkəzində adına küçə və məktəbin olması biabırçılıqdır:
“İrəvanın mərkəzində türk əsgərlərinə erməniləri öldürməyi öyrədən Frunzenin e adına da küçə var. Onların bizimlə heç bir ideoloji, mədəni əlaqəsi yoxdur, hətta dünyagörüşünün də bizə aidiyyatı yoxdur.
Bu, şər imperiyadır. Biz onlardan qurtulmalıyıq. Bizdə hələ də Leninqradskaya küçəsi var. Bu adda şəhər yoxdur, amma İrəvanda belə küçə var. Məsələn, bizdə Leonid Azqaldyanın, qəhrəmanlarımızın adına küçə yoxdur, amma Leninin adına küçə var. Dövlətimizin məhvinin başlanğıcında bu insanlar dayanıb”.
Bizim.Media
- A-
- A
- A+
Region
16:33 / 29.11.2022
“Puşkinin İrəvandakı abidəsi sökülsün” – “Avropa” partiyasının TƏLƏBİ
Hazırda oxunan: “Puşkinin İrəvandakı abidəsi sökülsün” – “Avropa” partiyasının TƏLƏBİ
Hazırda oxunan: “Puşkinin İrəvandakı abidəsi sökülsün” – “Avropa” partiyasının TƏLƏBİ
106941
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.