Mədəniyyət nazirinin sabiq müavini barədə QƏRAR VERİLDİ 

Mədəniyyət nazirinin sabiq müavini barədə QƏRAR VERİLDİ 

Hazırda oxunan: Mədəniyyət nazirinin sabiq müavini barədə QƏRAR VERİLDİ 

106883

Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə baxılan iş üzrə qərar elan edilib.

Məhkəmə şikayəti təmin etməyib, Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, Rafiq Bayramov 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 4 il 6 aya endirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO