Gəncədə piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanıldı

Gəncədə piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanıldı

Hazırda oxunan: Gəncədə piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanıldı

106660

Gəncə şəhərinin İ.Cəfərli küçəsində müəyyən edilməmiş avtomobilin yolu keçən şəhər sakini N. Hüseynovanı vurması barədə Gəncə şəhər Baş Polis İdarəsinə məlumat daxil olub. Yaralı xəstəxanaya yerləşdirilib, sürücü isə hadisə yerindən qaçıb.  

Bu barədə Bizim.Media-nın yerli bürosuna məlumatı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov verib. 

Onun sözlərinə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və 2-ci Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin “VAZ 2107” markalı avtomobil ilə törədilməsi müəyyən edilib. 
Görülmüş tədbirlərlə piyadanı vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən, qeyd edilən avtomobilin sürücüsü - şəhər sakini Sənan Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO