Bakıda sürücü avtobusu təhlükəli vəziyyətdə idarə edib - VİDEO

Bakıda sürücü avtobusu təhlükəli vəziyyətdə idarə edib - VİDEO

Hazırda oxunan: Bakıda sürücü avtobusu təhlükəli vəziyyətdə idarə edib - VİDEO

106617

Sərnişindaşıma ilə məşgul olan sürücü saatda 70 kilometr sürətlə avtobusu qapısı açıq şəkildə idarə edib. Avtobusun içərisi sərnişinlərlə dolu olduğundan bir neçə nəfər sallanaraq gedib. Kadrlar ötən gün bir nəfər tərəfindən çəkilib. 

Bizim.Media xəbər verir ki, sözügedən avtobus 156 nömrəli xəttə məxsusdur. Bu xətdə işləyən avtobuslar metronun ''Əcəmi'' stansiyası yaxınlığından Hökməli qəsəbəsinə və əks istiqamətdə sərnişin daşıyır.

Sürücülər faktı təkzib etsələr də, bildiriblər ki, 156 saylı xətdə cəmi 8 avtobus var. Sayın az olmasına baxmayaraq, bu avtobuslar sərnişinlərin mənzil başına çatmasına kifayət edir. Belə sıxlıqlar isə adətən günün pik saatlarında yaşanır.

Məsələ ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, bu kimi hallarda kobud qayda pozuntusuna yol verən sürücü aşkar edilərək inzibati qaydada cərimə edilir.

Həmçinin daşıyıcı şirkətə bu kimi halların qarşını almaq məqsədlə xəbərdarlıq olunur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO