Tokayev Rusiyada səfərdədir

Tokayev Rusiyada səfərdədir

Hazırda oxunan: Tokayev Rusiyada səfərdədir

106612

Qazaxıstan lideri Kasım-Jomart Tokayev bazar günü rəsmi səfərlə Moskvaya gəlib və noyabrın 28-də Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.

Bizim.Media  TASS-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Qazaxıstan prezidentinin mətbuat xidməti yayıb.

“Noyabrın 28-də Moskvada dövlət başçıları arasında danışıqlar olacaq. Bundan əlavə, iki ölkənin liderləri videokonfrans vasitəsilə Qazaxıstan və Rusiya Regionlararası Əməkdaşlıq Forumunun işində iştirak edəcəklər”, - məlumatda deyilir.

Tokayev üçün bu, dövlət başçısı vəzifəsinə gəldikdən sonra ilk xarici səfərdir. Noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Ölkənin hazırkı lideri 69,44 faiz iştirakla 81,31 faiz səslə qalib gəlib. Onun andiçmə mərasimi şənbə günü baş tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO