82 min erməni Rusiya vətəndaşlığını qəbul etdi – Ətraflı

82 min erməni Rusiya vətəndaşlığını qəbul etdi – Ətraflı

Hazırda oxunan: 82 min erməni Rusiya vətəndaşlığını qəbul etdi – Ətraflı

10652

Son 3 ildə 82 min Ermənistan vətəndaşı Rusiya pasportu alaraq vətəndaşlığını dəyişib.

Bizim.Media “news.am”a istinadən xəbər verir ki, illərə görə bölgü aparanda Rusiya vətəndaşlığına qaçan ermənilərin sayı dəyişir. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan-Rusiya ittifaqı mümkündürmü? – Lavrovun cavabı və politoloqdan ŞƏRH


Belə ki, 2018-ci ildə 27 min, 2019-cu ildə isə 24 min erməni Rusiya pasportuna yiyələnib.

Ermənistana qayıtmaq istəməyənlərin çoxu isə, 2020-ci ildə qeydə alınıb. 44 günlük savaşda İrəvan Azərbaycanın “Dəmir Yumruğunu” dadandan sonra Ermənistandan ermənilərin köçü daha da sıx xarakter almağa başlayıb.

2020-ci ildə 31 min erməni öz “şəxsiyyət vəsiqələri”ni Rusiya pasportuna dəyişib. Keçən il pandemiya mane olduğundan 2021-ci ilin fevral ayından bu proses daha da sürətlnib.

İndi ölkəni tərk edənlərin sayı daha da çoxdur. Tək fevral ayında 100 minə yaxın erməninin Ermənistanı tərk edəcəyi proqnozlaşdırılır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO