BTQ-nin yükötürmə qabiliyyəti artırılacaq

BTQ-nin yükötürmə qabiliyyəti artırılacaq

Hazırda oxunan: BTQ-nin yükötürmə qabiliyyəti artırılacaq

106485

Azərbaycan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin yükötürmə qabiliyyətinin artırılmasını planlaşdırır.

Bizim.Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

"Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan ərazisi ilə daşınan tranzit yüklərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 75 % çox - 8,7 milyon ton olub ki, bunun da 6,7 milyon tonu dəmir yolu vasitəsilə daşınıb.

Biz bu ilin yekununda tranzit yüklərin həcmində iki dəfə artım gözləyirik. Odur ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsini (2-ci fazada tikintisini), eləcə də BTQ-nın yükötürmə qabiliyyətinin artırılmasını planlaşdırırıq", - deyə o, qeyd edib.
Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb.

Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO