“Növbəti həftə Mədəniyyət Nazirliyinin rəsmiləri işə piyada getsin” – Tanınmış jurnalistdən TƏKLİF - VİDEO  

“Növbəti həftə Mədəniyyət Nazirliyinin rəsmiləri işə piyada getsin” – Tanınmış jurnalistdən TƏKLİF - VİDEO  

Hazırda oxunan: “Növbəti həftə Mədəniyyət Nazirliyinin rəsmiləri işə piyada getsin” – Tanınmış jurnalistdən TƏKLİF - VİDEO  

106473

“Xaricdə etsəydilər dərhal hamı əla deyəcəkdi. Niyə özümüzdə olan nümunəvi hərəkəti dəstəkləməyək?”.

Bizim.Media xəbər verir ki, bu fikirləri tanınmış idman jurnalisti Sənan Şəfizadə sosial şəbəkə hesabında yazıb.

“Nazirdən başlayaraq sıravi əməkdaşa qədər - Gənclər və İdman Nazirliyinin bütün kollektivi bu gün işə avtomobilsiz gəlib. Bildiyim qədər bəziləri ictimai nəqliyyatdan istifadə edib, yaxınlıqda yaşayanlar piyada gəzərək işə çatıb”, - deyə jurnalist qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Nazirdən ÇAĞIRIŞ: "İşə piyada gedin" - VİDEO


Sənan Şəfizadə son illərdə özünün də çox yerə əksər hallarda piyada getdiyini bildirib:

“Dəyərli Elnur Əşrəfoğlu hər zaman buna görə əsəbləşirdi, axı görüşə gecikirdim. Piyada gəzmək əla təşəbbüsdür. Təsəvvür edin: hər həftənin beşinci günü rəsmilər, tanınmışlar piyada müəyyən məsafəni qət edərsə maraqlı layihəni reallaşdırmaq olar. Bu təşəbbüsün digər nazirliklər, federasiyalar, olimpiya və dünya çempionları tərəfindən davam etdirilməsini istərdim. Növbəti cümə bəlkə Mədəniyyət Nazirliyi estafeti qəbul etsin...” 

Bizim.Media
 



 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO