Biləsuvarda ikinci “Hind quşu festivalı” KEÇİRİLİR - FOTO

Biləsuvarda ikinci “Hind quşu festivalı” KEÇİRİLİR - FOTO

Hazırda oxunan: Biləsuvarda ikinci “Hind quşu festivalı” KEÇİRİLİR - FOTO

106445

Biləsuvar rayonundakı Mərkəzi Parkda Rayon İcra Hakimiyyətinin, "Azər Home Chef" şirkətinin və "Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə ikinci “Hind quşu festivalı” keçirilir. 

Bizim.Media-nın cənub bürosu xəbər verir ki, festivalda rəsmi şəxslərlə yanaşı, yerli və xarici qonaqlar, respublikanın ən məşhur aşpaz və dequstatorları iştirak edirlər. 

Festival zamanı hind quşundan hazırlanmış onlarla müxtəlif çeşidli təam rayon sakinlərinə və qonaqlara təqdim olunacaq. 

Həmçinin, Azərbaycanın qədim adət-ənənələrini əks etdirən simvolik toy mərasimi təşkil olunacaq.

Tədbirin rəngarəng olması məqsədilə festivalda eyni zamanda, müxtəlif səpkili tədbirlər, idman oyunları keçiriləcək, yerli kənd məhsullarından ibarət satış yarmarkası təşkil olunacaq, əl işlərindən ibarət sərgilər və rəsm əsərləri nümayiş ediləcək.

Ən dadlı təamlar hazırlayan aşpazlar tədbirdə qiymətli hədiyyələrlə mükafatlandırılacaq. 

Festival boyu musiqiçilər tərəfindən hazırlanmış geniş konsert proqramı təqdim olunacaq, sonda möhtəşəm atəşfəşanlıq keçiriləcək.  

Qeyd edək ki, ilk festival ötən il baş tutub.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO