“Biz düşürdük ki, mən deyərdim, keçmiş Minsk qrupunun dəfn mərasimindən sonra hansısa platformaya ehtiyac var”.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilmiş “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
“Güclü silahlı qüvvələriniz olmasa, ağır günlərdə əziyyət çəkəcəksiniz” – Prezident
“Avropa İttifaqına və şəxsən cənab Şarl Mişelin vasitəçiliyinə gəlincə, biz bunu əvvəldən dəstəkləmişik. Çünki biz düşünürdük ki, mən deyərdim, keçmiş Minsk qrupunun dəfn mərasimindən sonra hansısa platformaya ehtiyac var. Çünki bizə və Ermənistana müəyyən razılıqlara gəlmək üçün hansısa təsisata ehtiyacımız var.
Odur ki, Prezident Mişelin təşəbbüsü vaxtında olub. Bilirsiniz ki, Brüsseldə bir neçə raund görüşlərimiz keçirildi və mən hesab edirəm ki, onların hamısı uğurlu oldu. Çünki biz görüşdən sonra bəyanat qəbul etdik və bu, faktiki olaraq həll formatını formalaşdırmağa kömək etdi” deyə Azərbaycan Prezidenti vurğulayıb.
Bizim.Media