“Güclü silahlı qüvvələriniz olmasa, ağır günlərdə əziyyət çəkəcəksiniz” – Prezident 

“Güclü silahlı qüvvələriniz olmasa, ağır günlərdə əziyyət çəkəcəksiniz” – Prezident 

Hazırda oxunan: “Güclü silahlı qüvvələriniz olmasa, ağır günlərdə əziyyət çəkəcəksiniz” – Prezident 

106368

“Mən Azərbaycan-Türkiyə münasibətləri haqqında danışmağa başlasam, biz onda gərək bir neçə gün burada olaq. Baxışlarımız tamamilə aydındır”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilmiş “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxış edərkən bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

"Azərbaycan həmişə bütün ölkələrin ərazi bütövlüyünün tərəfdarı kimi çıxış edib” – İlham Əliyev 


Dövlət başçısı deyib:

“Biz qardaş və dostuq. Biz müttəfiqik. Ötən il Şuşada biz artıq əldə olunan nəticələri rəsmiləşdirdik. Biz rəsmi olaraq Müttəfiqlik Bəyannaməsinə imza ataraq müttəfiqə çevrildik. Bir daha bildirirəm ki, bu, reallığın rəsmiləşdirilməsi idi, çünki uzun illər ərzində Azərbaycan və Türkiyə müttəfiq kimi addımlar atırdılar.

Biz əməkdaşlığın, tərəfdaşlığın və qardaşlığın bu səviyyəsini yüksək dəyərləndiririk. Tamamilə əminəm ki, əməkdaşlığımız bütün sahələrdə yalnız güclənəcək və bu, regional sabitliyin mühüm meyarıdır. Çünki Türkiyə ilə Azərbaycan arasında iş birliyi və onların birgə fəaliyyəti bölgədə sabitliyin möhkəmləndirilməsinə yönəlib.

Bu meyar hamı tərəfindən nəzərə alınmalıdır. Çünki iki ölkə olaraq biz öz potensialımızı birləşdiririk və bir yerdə biz daha güclüyük, nəinki ayrılıqda. Bu, aydındır. Türkiyənin potensialı da artır. Azərbaycanın potensialı da artır.
Nəinki iqtisadi və sənaye, o cümlədən hərbi gücü artır. Bu gün dünya görür ki, bu, hər ölkə üçün bir nömrəli meyardır. Əgər sizin güclü silahlı qüvvələriniz olmasa, siz ola bilsin ağır günlərdə əziyyət çəkəcəksiniz”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO