“Zakariyan Kəlbəcərdəki restoranına görə arvad kimi ağladı” - Rayona ilk daxil olan POLKOVNİK - FOTO

“Zakariyan Kəlbəcərdəki restoranına görə arvad kimi ağladı” - Rayona ilk daxil olan POLKOVNİK - FOTO

Hazırda oxunan: “Zakariyan Kəlbəcərdəki restoranına görə arvad kimi ağladı” - Rayona ilk daxil olan POLKOVNİK - FOTO

106311

Düz iki il bundan əvvəl şanlı Azərbaycan ordusu hərbi karvanlarla Kəlbəcərə daxil oldular. Bütün dünyanın diqqət mərkəəzində olan 44 günlük Vətən müharibəsinin xoşbəxt sonluqlarından biri də ölkənin ən yüksək bölgəsində yerləşən Kəlbəcərin azad edilməsiydi. 

Maraqlıdır, bəs Kəlbəcər azad edilənə qədər bu istiqamətdə nələr baş vermişdi? 

Həmsöhbətimiz Kəlbəcər uğrunda gedən döyüşlərdə zabit kimi xidmət etmiş və rayona ilk daxil olan zabitlərdən biri, silahlı qüvvələrin ehtiyatda olan polkovnik-leytenantı Ədalət Hacıyevdir.

O bildirir ki, Vətən müharibəsi zamanı onun tabeliyində olan bölmələr bu istiqamətdə düşmənə sarsıldıcı zərbələr endirməklə əsl qəhrəmanlıq nümaiş etdiriblər: 

“25-i günü bizim maşın karvanımızın dağlıq ərazidə, qarlı şəraitdə müvəqqəti yerləşmiş erməni postlarının üzərindən Kəlbəcər istiqamətinə hərəkəti heç vaxt mənim yadımdan çıxmayacaq. Döyüşlər zamanı onu da xatırlayıram ki, bizim artilleriya bölmələrimizin, döyüş mövqelərində bir başa təmasda olan qüvvələrimizin, eyni zamanda aviasiyamızın köməyi ilə düşmənin Çopurlu yaşayış məntəqəsində kazarmalarımızın necə dağılmasının, onların pərakəndə şəkildə dağılıb məhv edilməsinin şahidi olmuşdum.
 

Hələ sonradan bir “Ural” dolu şəxsi heyyətin Ağdağ istiqamətinə hərəkət etməsi aşkarlandı. Onlar buradakı düşmən mövqelərinə kömək üçün gəlirdilər. Bölmələrimizin çevikliyi nəticəsində, mənim göstərişimlə maşın şəxsi heyyətlə birlikdə kül edildi.


Bu görüntüləri bir erməni əsgəri çəkib sosial şəbəkələrdə yaymışdı. Bundan başqa əsgərlərimizin Üç Təpə deyilən ərazidə əlbəyaxa döyüşləri olmuşdu. Onlar postları erməni işğalçılarından təmizləmişdi”, - deyir Ədalət Hacıyev. 

Qəhrəmanımızın çətin və şərəfli günlərlə dolu döyüş xatirələri nə danışmaqla, nə də yazmaqla bitmir. Deyir ki, bütün bu çətinliklərin sonunda Kəlbəcərə gedib orada xidməti davam etdirmək insanı çox qürurlandırırdı.

Həmçinin burada sözün hər mənasında erməni izlərinə rast gəlməyin kədərini də yaşamaq yazılıb onun səngər gündəliyinə: 

“Həmin günə qədər heç vaxt Kəlbəcərdə olmamışdım. Ancaq əvvəllər müşahidələr zamanı ermənilərin oradakı qızıl mədənində bizim təbii sərvətimizin necə talan edilməsinin şahidi olurdum. Əlbəttə bu çox kədərlidir. Təbii ki, burada sevindirici məqamlar da var idi. Bir zamanlar Dövlətimizi aşağlayan, Azərbaycan ordusunu lağ obyektinə çevirən videolar yayan erməni blogger A.Zakaryanın Kəlbəcərdəki qanunsuz tikdirdiyi restoranın bizə qalması və onun sosial şəbəkələrdə arvad kimi ağlaması mənə əziyyətləri unutdururdu... Hansı ki bu erməni arxayınlıqla bizim torpaqlardan vedeolar hazırlayaraq Bakını da alacaqlarını iddia edirdi. Əlbəttə bu bizlər tərəfindən laiq olduğu cavabı aldı...
 

O ki qaldı Kəlbəcərin təbiətinə... sözün əsl mənasında Kəlbəcərin valeh edici təbiəti var. Gəzməklə, görməklə doymaq olmur. Bunları biz şəhidlərimizə, xalqımıza və sözsüz ki Dövlətimizin başçısı, Cənab Ali Baş Komandana borcluyuq”, - Ə.Hacıyev 


Yuxarıda qeyd etdiyimiz kimi indi Kəlbəcər azaddır. Artıq iki ildir ki bura əsl sakinlərinə qol açır.

Başı qarlı zirvələri, zəngin yaylaqları ilə seçilən xan Kəlbəcər CAN TƏBRİZə sarı boylanıb Azərbaycanın igid oğullarının salamını yetirir... 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO