Türkiyə, Azərbaycan və Qazaxıstan XİN rəhbərləri arasında “2022-2027-ci illər Yol Xəritəsi” imzalanıb - YENİLƏNİB

Türkiyə, Azərbaycan və Qazaxıstan XİN rəhbərləri arasında “2022-2027-ci illər Yol Xəritəsi” imzalanıb - YENİLƏNİB

Hazırda oxunan: Türkiyə, Azərbaycan və Qazaxıstan XİN rəhbərləri arasında “2022-2027-ci illər Yol Xəritəsi” imzalanıb - YENİLƏNİB

106305

Qazaxıstanın Aktau şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Qazaxıstan və Türkiyə xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin ikinci üçtərəfli görüşü keçirilib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşə, həmçinin Gürcüstan nümayəndə heyəti də qatılıb.

27 iyun 2022-ci il tarixində Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin Bakıda keçirilmiş birinci üçtərəfli görüşünün davamı olaraq təşkil edilən bu konfransın gündəliyində duran əsas məsələ bölgənin nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlərin müzakirəsi və tərəfdaşlığın daha da genişləndirilməsi olub.

Müzakirələr zamanı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişaf etdirilməsinə, bu istiqamətdə mövcud olan yük daşımalarına diqqət yetirilib.
Üçtərəfli görüşün yekununda Bakı Bəyannaməsinə uyğun olaraq, Türkiyə, Azərbaycan və Qazaxıstan ərazisindən keçən Orta Dəhliz Marşrutunun inkişafı və istismarına dair “2022-2027-ci illər Yol Xəritəsi” imzalanıb.

16.38***

Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstan “Orta Dəhliz”in inkişafı üzrə 2022-2027-ci illər üçün Yol Xəritəsini imzalayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Tədbirin sonunda bütün tərəflər eyni vaxtda darboğazların aradan qaldırılması və “Orta Dəhliz”in inkişafı üzrə 2022-2027-ci illər üçün Yol Xəritəsini imzalayıblar ki, bu da razılaşdırılmış iş prinsiplərini, o cümlədən dəqiq parametrlərin icra müddəti və məsul tərəflər qeyd olunmaqla həyata keçirilməsini nəzərdə tutan konkret layihələri nəzərdə tutur.
Sazişlərin həyata keçirilməsi 2025-ci ilə qədər dəhliz boyu keçid qabiliyyətini ildə 10 milyon tona çatdırmağa imkan verəcək”, - Qazaxıstan XİN-dən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO