Məişət zorakılığı ilə bağlı halların 40 faizi Sabunçuda QEYDƏ ALINIB  

Məişət zorakılığı ilə bağlı halların 40 faizi Sabunçuda QEYDƏ ALINIB  

Hazırda oxunan: Məişət zorakılığı ilə bağlı halların 40 faizi Sabunçuda QEYDƏ ALINIB  

106241

"Bakı şəhəri üzrə məişət zorakılığı ilə bağlı halların 40 faizi Sabunçu rayonunda qeydə alınıb. Sonrakı yerlərdə Binəqədi və Yasamal rayonları gəlir".  

Bizim.Media xəbər verir ki, bunu Sabunçu rayon icra  başçısının müavini Rəna Fərəcova "Gender əsaslı Zorakılıqla Mübarizə üzrə 16 Günlük Fəallıq Kampaniyası Media müstəvisində" adı altında keçirilən tədbirdə deyib. 

O qeyd edib ki, 2021-ci ildə Sabunçu rayonunda məişət zorakılığı ilə bağlı 67 müraciət daxil olsa da, 2022-ci ilin 10 ayında bu rəqəm 83-ə yüksəlib: 

"Onlardan 71-i qadın , 12-si kişilər olub. Ötən il icra hakimiyyətinə 91 ailə nikahın pozulması ilə müraciət etmişdi. 2022-ci ildə bu rəqəm 64 olub. Bu  faktların 90 faizi zorakılıq halları ilə müşayiət olunur. Sabunçu rayonunda 370 mindən çox əhali yaşayır. Onların içərisində təhsildən yayınanlar, məişət zorakılığına məruz qalan və erkən evliliyə cəlb olunan uşaqlar çoxdur". 

R.Fərəcova qeyd edib ki, Sabunçu rayonunda bələdiyyələrin nəzdində yeni qutular yerləşdirilib:

"Pirşağı, Nardaran, Maştağa qəsəbələrində yaşayan qadınlar zorakılıq faktlarını açıq deməyə, harasa müraciət etməyə çəkinirlər. Ancaq onlar həmin qutulara anonim müraciətləri ata bilər. Bu müraciətlərə gün ərzində baxılıb, reaksiya veriləcək". 
Rəna Fərəcova həmçinin qeyd edib ki, 2022-ci ilin 10 ayında məişət zorakılığı iıə bağlı Sabunçu rayonundakı bələdiyyələrin nəzdindəki komissiyalara 33 müraciət daxil olub. Ən çox müraciət isə Balaxanı Qəsəbədən olub.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO