Azərbaycanda hava şəraiti kəskin dəyişir - XƏBƏRDARLIQ

Azərbaycanda hava şəraiti kəskin dəyişir - XƏBƏRDARLIQ

Hazırda oxunan: Azərbaycanda hava şəraiti kəskin dəyişir - XƏBƏRDARLIQ

106222

Azərbaycanda hava şəraiti kəskin dəyişir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən noyabr ayı üçün səciyyəvi olmayan nisbətən mülayim hava şəraitindən sonra 27-si gündüzdən hava şəraitinin dəyişəcəyi, 28-i gündüzədək şimal küləyinin arabir 20-23 m/s-dək güclənəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. 

Noyabrın 29-dan dekabrın 02-dək isə hava şəraitinin daha da pisləşəcəyi, bu müddət ərzində yağıntıların intensivləşəcəyi ehtimalı var. 

Havanın temperaturunun günü-gündən aşağı enərək gündüz saatlarında 7-9° isti olacağı gözlənilir. 

Qeyd edək ki, havanın temperaturu iqlim normasından 7° yüksəkdir. 

Azərbaycanın rayonlarında

Yağıntı: Noyabrın 26-sı şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Noyabrın 28-i axşamdan dekabrın ilk günlərində prosesin daha da kəskinləşəcəyi, yağıntıların intensivliyinin artacağı ehtimalı var.

Külək: Şimal küləyi 27-28-də ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. 

Temperatur: Noyabrın 28-dən başlayaraq havanın temperaturunun günü-gündən aşağı enərək, aran rayonlarında 6-11° isti, dağlıq rayonlarda isə 0-5° şaxta olacağı gözlənilir. 

Çaylarda: Sululuğun artacağı ehtimal olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO