Kanadanın baş məşqçisi tarixə düşdü

Kanadanın baş məşqçisi tarixə düşdü

Hazırda oxunan: Kanadanın baş məşqçisi tarixə düşdü

106204

Kanada seçməsinin baş məşqçisi Con Herdman qadınlar və kişilər arasında dünya çempionatlarında komandalara rəhbərlik edən yeganə mütəxəssis kimi futbol tarixinə düşüb.

Bizim.Media xəbər verir ki, 2007 və 2011-ci illərdə Dünya Kuboklarında Herdman Yeni Zelandiya qadın komandasına rəhbərlik edib. 

2015-ci ildə Kanadanın qadınlardan ibarət komandasının sükanı arxasında keçən ingilis mütəxəssisi 2018-ci ildə o, "qırmızılar"ın kişilərdən ibarət milli komandasına rəhbrlik etməyə başlayıb. Və 36 il fasilədən sonra kanadalıları dünya çempionatının qrup mərhələsinə çıxarmağı bacarıb.

Qeyd edək ki, noyabrın 23-də dünya çempionatının qrup mərhələsinin 1-ci turunda Kanada Belçika yığması ilə görüşdə pis təsir bağışlamasa da yaşıl sahəni 1:0 hesablı məğlubiyyətlə tərk edib. 
Növbəti mərhələdə Con Herdmanın yetirmələri Xorvatiya ilə qarşılaşacaq. Qarşılaşma 27 noyabr saat 20:00-da baş tutacaq.

Zakir Abbas, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO