Hadisənin Rza Zərrabın yanına getdiyi ÜZƏ ÇIXDI - VİDEO 

Hadisənin Rza Zərrabın yanına getdiyi ÜZƏ ÇIXDI - VİDEO 

Hazırda oxunan: Hadisənin Rza Zərrabın yanına getdiyi ÜZƏ ÇIXDI - VİDEO 

106197

Xəbər verdiyimiz kimi, Cənubi azərbaycanlı iş adamı Rza Zərrabın Türkiyəli müğənni Ebru Gündeşlə evli olduğu müddətdə pop ulduz Hadisə ilə gizli şəkildə görüşdüyü iddia olunub.  

Bizim.Media xəbər verir ki, “Beyaz maqazin” verilişi Hadisənin Britaniya hava yolları ilə İngiltərədən Mayamiyə gedən bileti də aldığı haqda sənədi üzə çıxarıb.  

Pop ulduzun həmin zaman bileti Mayamidə olan Rzanın yanına getmək üçün aldığı bildirilib.

Proqramın aparıcıları vurğulayıblar ki, ümumilikdə Hadisənin 4 dəfə Amerikaya səfər etdiyini qeydə alınıb. Bu uçuşlardan birinə -  29 oktyabr 2019-cu il tarixinə (gediş – red.) olan qeydiyyat isə maqazin proqramının canlı efirində nümayiş olunub.   

Sənətçinin aldığı biletin “business class” (birinci sinif – red.) olmaması isə aparıcıların “Rza Hadisəyə bunu layiq gördü” söyləməsinə səbəb olub. Həmçinin geri dönüş biletinin tarixinin 20 yanvar 2020-ci olduğu da əlavə edilib.    
Qeyd edək ki, iki il əvvəl Hadisənin R.Zərrabla eşq yaşadığı iddia olunub.   

Hətta müğənninin keçmiş sevgilisi aktyor Kaan Yıldırımın bu məsələni öyrəndikdən sonra münasibətlərinə son qoyduğu deyilib. Bu ərəfədə Rza müğənni Ebru Gündeşdən yeni boşanmışdı. Yaşananların ardından, Ebru ilə birlikdə münsif kürsüsündə əyləşən Hadisə “O səs Türkiyə”dən ayrılmışdı. Aylar sonra apreldə iş adamı Mehmet Dinçerlerlə evlənən Hadisə 5 aydan sonra boşanıb.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO