BMT İranda araşdırmalara başladı

BMT İranda araşdırmalara başladı

Hazırda oxunan: BMT İranda araşdırmalara başladı

106183

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurası İranda başlayan etirazlarda insan haqları pozuntularını araşdırmaq üçün ölkəyə nümayəndə heyəti göndərib. 

Bizim.Media "The Guardian"a istinadən xəbər verir ki, İnsan Haqları Şurası İranın paytaxtı Tehran da daxil olmaqla, ölkə daxilində insan haqlarının pozulması istiqamətində tədqiqatlar edəcək. 

Belə ki, BMT-də qəbul edilən qərara uyğun olaraq, 16 sentyabr 2022-ci il tarixindən etibarən İran İslam Respublikasında baş verən etirazlarla bağlı insan hüquqlarının pozulması iddialarını araşdırmaq üçün yeni missiyasının yaradılması qərara alınıb. 

25 ölkə İranda iddia edilən hüquq pozuntularının araşdırılması üçün nümayəndə heyətinin yaradılmasının lehinə səs verdiyi halda, 6 ölkə qanun layihəsinin əleyhinə səs verib,16 ölkə isə bitərəf qalıb. 
Qeyd edək ki, səsvermə sentyabrın 16-da İranda əxlaq polisi tərəfindən həbs edilən Məhza Əminin ölümündən sonra  başlayan etiraz aksiyalarını araşdırmaq məqsədilə keçirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO